"Vilyarreal"ın baş məşqçisi Unai Emeri yaxın vaxtlarda iş yerini dəyişə bilər.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, onun İspaniya klubunu "Nyukasl"a dəyişmək ehtimalı böyükdür.
Belə ki, bir müddətdir danışıq aparan tərəflərin ortaq məxrəcə gəldiyi və mütəxəssislə şifahi razılığın əldə edildiyi bildirilir.
Qeyd edək ki, 10 tura 4 xal toplayaraq turnir cədvəlində 19-cu pillədə mövqe tutan "sağsağanlar" noyabrın 6-da "Brayton"un qonağı olacaq.
Nihat