"Qalatasaray"ın futbolçusu Umut Bulut "Real"ın tarixinə düşüb. Fanat.az xəbər verir ki, türk futbolçu Madrid təmsilçisini məyus edərək Çempionlar Liqası tarixində bu komandanın qapısına 400-cü qolu vurub.
Qeyd edək ki, Umut "Qalatasaray" - "Real" matçınnı 78-ci dəqiqəsində Burak Yılmazın yerinə meydana çıxmış və komandasının yeganə qoluna imza atmışdı - 1:6.
"Real"ın qapısına vurulan yubiley qolları:
100-cü qol: Yohan Kruyff (Ayaks) - 1967-ci il
200-cü qol: Adriano Feqiç (Rieka) - 1984-cü il
300-cü qol: Roar Strand (Rusenborq) - 1997-ci il
400-cü qol: Umut Bulut (Qalatasaray) - 2013-cü il