"Qarabağ"ın zədəli futbolçusu Çumbinyodan xəbər var. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu Bakıya qayıdıb.
Çumbinyo zədəsini Bakıda müalicə etdirəcək. Onun meydana dönüşü isə 2015-ci ilin əvvəllərinə təsadüf edəcək.
Qeyd edək ki, Çumbinyo "Sent-Etyen"lə Avropa Liqasının oyununda zədələnib və 5 aylıq sıradan çıxıb.
Fanat.az