"Qarabağ"dan ayrılan Çumbinyonun "Atromitos"a keçidi rəsmiləşib. Fanat.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb.
Braziliyalı futbolçu 6 ay + 1 illik müqavilə imzalayıb. Tərəflər əməkdaşlıqdan razı qalsa, yayda anlaşmanın müddəti 1 illik uzadılacaq.
Qeyd edək ki, 2013-cü ildən "Qarabağ"da çıxış edən Çumbinyo bir neçə gün əvvəl klubdan ayrılıb. O, 2012/13 mövsümündə "Atromitos"da forma geyinib.
Fanat.az