Madrid “Atletiko”sunun braziliyalı forvardı Dieqo Kosta son qərarını verib. Fanat.az xəbər verir ki, Braziliya mətbuatı hücumçunun FİFA-ya rəsmi müraciət ünvanladığını və Braziliya yığmasında oynamaqdan imtina etdiyini yazıb. Son söz ali futbol qurumunundu.
Xatırladaq ki, İspaniya millisindən təklif alan “sambaçı”ya pentakampionların çalışdırıcısı Luis Felipe Skolari heyətdə yer vəd edərək ,onu fikrindən döndərməyə çalışır. Baş məşqçi Dieqonun DÇ-2014-ün qalibi olacaq komandada görmək istədiyini və yetirmələrinin bunu bacaracağını tez-tez vurğulayır. Futbolçu informasiyaya münasibət bildirməyib.
Fanat.az