Ulduz basketbolçu 4 aylıq zədədən qayıtdı, komandası məğlub oldu

Ulduz basketbolçu 4 aylıq zədədən qayıtdı, komandası məğlub oldu
"Qolden Steyt"in point-qardı Stefen Karri uzun müddət sonra parketlərə qayıdıb.
Fanat.Az xəbər verir ki, "Toronto" ilə görüşdə 27 dəqiqə meydanda olan Karri qarşılaşmanı 23 xal, 7 ribaund və 7 assistlə tamamlayıb. Ulduz basketbolçunun 16 ikilik cəhdindən 6-sı dəqiq olub. Karri üçlük cizgisinin arxasından isə 12-də 3 dəqiqliklə oynayıb.
31 yaşlı qard oktyabrın 30-dan bəri komandasına kömək edə bilmirdi. Onun sol qolunda sınıq aşkarlanmışdı.
Qeyd edək ki, "Qolden Steyt" "Toronto"ya 113:121 hesabı ilə məğlub olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər