Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Nikolay Şaparenko Türkiyə nəhəngi "Beşiktaş"da oynamaqdan imtina edib. Fanat.Az "Footbal Hub"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna klubunun prezidenti İqor Surkis açıqlama yayıb. Klub funksioneri bu barədə belə deyib: "Bəribaşdan qeyd edim ki, zarafatla Şaparenkonun 300 milyon avro dəyərində olduğunu demişdim. Çünki “Şaxtyor”dan biri Sudakovun 150 milyon olduğunu bildirmişdi. Amma ağlı başında olan hər kəs bilir ki, nə Şaparenko 300 milyonadır, nə Sudakov 150 milyona. Mətbuat da ciddi-ciddi qiymət göstəricisini qeyd etmişdi. Zarafat etdim, bəlkə də yersiz idi. O ki qaldı Şaparenkonun aldığı təkliflərə, “Beşiktaş”dan maraqlanıblar. Prezidentləri mənə zəng edərək Şaparenkonu satmağa hazır olub-olmadığımı soruşdu. Əvvəlcə Şaparenkodan soruşdum və o, Türkiyəyə getmək istəmədiyini dedi. Şaparenkoya başqa heç bir təklif yoxdur. O, özünü ən yaxşı 5 çempionatdan birində görürsə, o zaman irəliləməli və bunu başa düşməlidir”. Qeyd edək ki, "Dinamo"nun yetirməsi olan və yalnız bu klubda çıxış edən 25 yaşlı Şaparenko Ukrayna Premyer Liqasında indiyə qədər 97 oyun keçirib və 19 qol, 24 məhsuldar ötürmə ilə diqqət çəkib. Mirağa
Ukraynalı xavbek Türkiyə nəhəngində oynamaqdan imtina etdi - Surkis detalları açıqladı
TREND
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Dünya futbolu
17:32
15.10.2026
"İnter" kapitanının sıradan çıxdığını açıqladı
Dünya futbolu
16:56
15.10.2026
Madrid təmsilçisi Sançoya təklif göndərdi
Dünya futbolu
16:37
15.10.2026
"Arsenal"dan müdafiə xətti üçün mühüm addım
Dünya futbolu
15:59
15.10.2026
Messinin uğurlu seriyası başa çatdı, "İnter Mayami" isə...