Ukraynalı ulduz bu gün İngiltərə nəhəngi üçün tibbi müayinədən keçəcək

Ukraynalı ulduz bu gün İngiltərə nəhəngi üçün tibbi müayinədən keçəcək

Donetsk "Şaxtyor"unun və Ukrayna millisinin vingeri Mixail Mudrikin İngiltərənin "Çelsi" klubuna transferi yekunlaşmaq üzrədir.

Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, 22 yaşlı oyunçu bu gün İngiltərə klubunun düşərgəsində tibbi müayinədən keçəcək. Mənbə ukraynalının transferinin "zadəganlar"a 100 milyon avroya başa gələcəyini vurğulayıb. Tərəflərin müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacağı bildirilib.

Qeyd edək ki, daha öncə Mudrikin London "Arsenal"ı ilə anlaşmağa yaxın olduğu bildirilirdi.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər