Ukraynalı qapıçı Rusiya klubundan ayrıldı

Ukraynalı qapıçı Rusiya klubundan ayrıldı

Ukraynalı qapıçı Yaroslav Qodzyur və "Ural" klubu qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. 

Fanat.Az xəbər verir ki, bu barədə Rusiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb:

“Komandamızda oynadığı üçün Yaroslava təşəkkür edirik. Biz onun klubun nəticələrinə verdiyi töhfəni yüksək qiymətləndiririk. Yaroslava və onun ailəsinə rifah arzulayırıq!” 

Qeyd edək ki, Yaroslav 2017-ci ilin yayından "Ural"da çıxış edir. Qolkiper Rusiya çempionatının cari mövsümündə 3 oyun keçirib və 4 qol buraxıb. Ölkə kubokunda isə 1 oyunda meydana çıxıb və 1 qol keçirib qapısından.

Xatırladaq ki, Qodzyur “Ural”a qədər “Axmat”, “Terek”, “Dinamo Kiyev” və bir sıra Ukrayna klublarında çıxış edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər