Ukraynalı hücumçu İtaliya nəhənglərinin "radarına düşdü"

Ukraynalı hücumçu İtaliya nəhənglərinin "radarına düşdü"

"Sassuolo" klubunun gənclər komandasında çıxış edən 18 yaşlı ukraynalı hücumçu Yaroslav Raylian İtaliya nəhənglərindən birinə keçməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Legioners" yayıb. 

Mənbənin məlumatına görə, perspektivli futbolçunun xidmətində "Latsio", "Roma" və "Milan" klubları maraqlıdır. 

Raylian “Sassuolo”nun gənclər komandasının heyətində 15 matçda iştirak edib. Ukraynalı futbolçu bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər