"Şaxtyor"un kapitanı Andrey Pyatov futbolçu karyerasını başa vuraraq klubun məşqçilər korpusuna qoşulub.
Fanat.Az xəbər verir ki, bu barədə Donetsk klubunun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı qolkiper avqustun 6-da Londonda “Tottenhem”lə görüşdə vida matçına çıxacaq.
Andrey Pyatov "Şaxtyor"un heyətində 482 oyun keçirib ki, bu da klub tarixində üçüncü, qapıçılar arasında isə rekord nəticədir.
O, "Şaxtyor"da 28 kubok qazanıb ki, bu da bütün dövrlərin mütləq klub rekordudur. Pyatov "şaxtaçılar"ın heyətində 11 dəfə (2008, 2010, 2011, 2012, 2013, 2014, 2017, 2018, 2019, 2020, 2023) Ukrayna çempionatının qızıl medalını qazanıb, 8 ölkə kubokuna (2008, 2011, 2012, 2013, 2016, 2017, 2018, 2019) sahib çıxıb və 8 dəfə Ukrayna Super Kubokunu (2008, 2010, 2012, 2013, 2014, 2015, 2017, 2021), həmçinin 2009-cu ildə UEFA Kubokunu qazanıb.
Mirağa