Ukrayna yığması Braziliya ilə oyundan imtina etdi

Ukrayna yığması Braziliya ilə oyundan imtina etdi

Ukrayna yığmasının Braziliya ilə yoxlama görüşü baş tutmayacaq. Fanat.az xəbər verir ki, buna səbəb cənubi amerikalıların DÇ-2014-də uğursuz çıxış etmələridi.

Ukrayna Futbol Federasiyasının rəsmi bəyanatında bildirilir ki, vasitəçi agent Braziliya yığmasının 3,5 milyon dollar qarşılığında milliləri ilə yoxlama görüşündə oynamağa hazır olduğunu bildirmişdi. Danışıqlardan sonra bu qiymətin 1,5 miyon dollara endirilməsinə nail olunub: "Biz bu təklifi nəzərdən keçirməyə razı olmuşduq. Agent Braziliya yığmasının dünya çempionu olacağı təqdirdə məbləğə 250 min dollar da əlavə olunacağını nəzərimizə çatdırmışdı. Lakin Braziliyanın DÇ-2014-dəki uğursuz çıxışından sonra bu məsələyə bir də qayıtmamağı qərara aldıq". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər