Ukrayna və İsveç Avropa çempionatında

Ukrayna və İsveç Avropa çempionatında
"AVRO-2016"nın "pley-off" mərhələsinə yekun vurulub. Fanat.az хəbər verir ki, baş tutan iki oyundan sonra qitə birinciliyinə vəsiqə qazanan son iki komanda müəyyənləşib.
Ukrayna millisi Sloveniyanın qonağı olub. İlk oyunda 2:0 hesablı qələbə qazanan ukraynalılar səfərdə "sülh"ə razılaşıb - 1:1. Buna baxmayaraq Ukrayna "AVRO-2016"ya vəsiqə qazanıb.
Gecənin digər matçında İsveç Danimarkanın qonağı olub. İsveçlilər evdə 2:1 hesablı qələbə qazandığından qitə birincliyinə vəsiqə əldə etmək şansları daha böyük idi. Zlatan İbrahimoviçin dubl etdiyi oyun 2:2 hesabı ilə başa çatıb. Bu nəticə İsveçə Fransaya getmək üçün yetərli olub.
AVRO-2016
Pley-off
Cavab oyunları
17 noyabr
Sloveniya - Ukrayna 1:1
Qollar: Bostian Sezar, 11 - Andrey Yarmolenko, 90+7.
Qırmızı vərəqə: Miso Breçko, 90+3 (Sloveniya).
İlk oyun - 0:2.
Danimarka - İsveç 2:2
Qollar: Yussuf Poulsen, 81. Yannik Vesterqaard, 90+1 - Zlatan İbrahimoviç, 19; 76.
İlk oyun - 1:2.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər