Ukrayna milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az sport.ua nəşrinə istinadən xəbər verir ki, ölkənin əsas komandasını Sergey Rebrov çalışdıracaq. Artıq 47 yaşlı mütəxəssis çalışdırdığı Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" klubu ilə müqaviləsinin pozulmasına dair razılıq əldə edib.
2+1 illik müqaviləyə imza atacaq Rebrov yeni vəzifədə Andrey Şevçenkonu əvəzləyəcək. Onun təqdimat mərasimi avqustun 9-da olacaq. Təcrübəli baş məşqçi milli komandaya DÇ-2022 və AVRO-2024-ün seçmə mərhələlərində rəhbərlik edəcək.
Qeyd edək ki, Sergey Rebrov əvvəllər Ukraynanın "Dinamo" (Kiyev), Səudiyyə Ərəbistanının "Əl-Əhli" və Macarıstanın "Ferentsvaroş" klublarını çalışdırıb, 2010-2011-ci illərdə Ukrayna millisində məşqçi işləyib. O, baş məşqçi kimi Ukrayna çempionluğunu (2 dəfə), kubokunu (2), Super Kubokunu (1) və Macarıstan çempionluğunu (3) qazanıb.
Ukrayna millisinin yeni baş məşqçisi futbolçu karyerası ərzində Ukraynada "Şaxtyor", "Dinamo" (Kiyev), "İrpin", İngiltərədə "Tottenhem", "Vest Hem" Türkiyədə "Fənərbaxça" və Rusiyada "Rubin" klublarının formasını geyinib. Bu müddətdə 20-dən çox kubok qazanan Rebrov 1992-2006-cı illərdə Ukrayna millisində 75 oyun keçirərək 15 qol vurub.
Pərvin