Ukrayna klubunun məşqçisi Belarusda həbs edildi

Ukrayna klubunun məşqçisi Belarusda həbs edildi

Belarusda saxlanılan Ukraynanın "Lvov" klubunun qapıçılarla iş üzrə məşqçisi Vasili Xomutovski həbs edilib.

Fanat.Az "by.tribuna.com"a istinadən xəbər verir ki, o, sözügedən ölkədə yasaqlanan "Telegram" vasitəsi ilə məlumatlar yaydığı üçün dəmir barmaqlıqlar arasına göndərilib.

Xəbərə görə, Xomutovski 2020-ci ildə Belarus iqtidarına qarşı keçirilən aksiyalarda aktiv iştirak ittihamı ilə 3 il müddətinə həbs edilə bilər. Hazırda araşdırmaların davam etdirildiyi bildirilib.

Qeyd edək ki, hazırda 4 xalı olan "Lvov" Ukrayna çempionatının turnir cədvəlində 10-cu pillədə mövqe tutub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər