Ukrayna klubları avrokubok oyunlarını Polşada keçirə bilər.
Fanat.Az xəbər verir ki, Polşa Futbol İttifaqının rəhbəri Sezari Kuleşa "Tribuna"ya müsahibəsində bu barədə danışıb: "Ukrayna millisi Polşada Millətlər Liqasının iki oyununu keçirəcək. Hər şey şəraitdən asılıdır, amma biz prosesi elə təşkil edəcəyik ki, dostlarımızın heç nəyə ehtiyacı olmasın. Yəni Ukrayna tərəfinin istəyi olarsa, biz yenə onların xidmətindəyik.
“Dinamo Kiyev”, “Şaxtyor” və digər Ukrayna klublarının avrokubok oyunlarını Polşada keçirməsinə gəlincə, danışıqlar gedir. Zamanı gələndə təfərrüatlar açıqlanacaq. Bu məsələdə əvvəlcədən heç nə demək istəmirik".
Mirağa