Ukrayna çempionatı gizli keçiriləcək

Ukrayna çempionatı gizli keçiriləcək

Ukrayna çempionatında yeni mövsümün oyunları gizli keçirilə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti İqor Tsıqanik özünün "Youtube" kanalında bildirib:

“Fövqəladə Hallar Nazirliyi terror aktı təhlükəsi ilə əlaqədar oyunların başlama vaxtını və harada keçiriləcəyini açıqlamamağı xahiş edib. Suallar çoxdur. İndi təqvimi tələb edə bilərik. Amma məsələ burasındadır ki, biz onunla heç vaxt tanış ola bilmərik. Bəlkə də onu son anda öyrənəcəyik". 

Ukrayna çempionatının yeni mövsümü avqustun 23-də başlayır. "Şaxtyor"un həmin gün yeni mövsümün açılış matçında çıxış edəcəyi bildirilir. Ancaq hələ Donetsk klubunun rəqibi bəlli deyil. Bu qarşılaşmanın Kiyevdəki “Olimpik” stadionunda keçiriləcəyi güman edilir.

Ukrayna çempionatında ötən mövsüm müharibə səbəbindən vaxtından əvvəl başa çatıb. "Şaxtyor" qalib elan edilib. İkinci yeri Kiyev “Dinamo”su tutub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər