“Çukariçki”nin baş məşqçisi: "Biz heç kimdən qorxmuruq"

“Çukariçki”nin baş məşqçisi: "Biz heç kimdən qorxmuruq"

“Çukariçki”nin (Serbiya) baş məşqçisi Vladan Miloyeviç Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, Bakıda mətbuat konfransı keçirən baş məşqçi bunları deyib: 

"İlk oyunda qalib gəlsək də, sabah bizi tam fərqli qarşılaşma gözləyir. İstəməzdim ki, “Qəbələ” haqda çox söz danışım. Rəqibin baş məşqçisi istedadlıdı. Biz heç kimdən qorxmuruq. Əminəm ki, sabah tamam fərqli oyun sərgiləyəcəyik. Belqraddakı nəticə Bakıda da gözlənilir. Öz komandama inandığım üçün əminliklə danışıram. 

“Qəbələ” Serbiyaya gələndə hansı nəticə qazanacağı bilinmirdi. Heç bir komanda məğlubiyyət üçün səfərə getmir.  İlk matçdan sonra rəqibin hansı gücə sahib olduğunu bildik. Sabah başqa bir oyun taktikasından istifadə edəcəyik. Bildiyimə görə, “Qəbələ”nin güclü legionerləri var. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər