Uilson London klubunda - RƏSMİ

Uilson London klubunda - RƏSMİ

İngiltərənin "Vest Hem" klubu Kallum Uilsonu heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, məlumatı "çəkicdöyənlər"in mətbuat xidməti yayıb.

Uilson müddəti gələn ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Qeyd edək ki, bu yay digər Premyer Liqa klubu "Nyuksal"dan ayrılan Kallum azad agent statusu daşıyırdı. Ötən mövsüm "sağsağanlar"ın forması ilə bütün turnirlərdə 22 matça çıxan hücumçu 1 qol vurub. "Transfermarkt" portalı onun transfer qiymətini 8 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər