"Mançester Yunayted” əfsanəvi futbolçusu Ueyn Runi ilə yollarını ayırmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, artıq 31 yaşlı hücumçunun keçmiş klubu "Everton”la anlaşdığı deyilir.
"Mançester Yunayted”in yay toplanışına cəlb olunmayan Runi Joze Mourinyonun gəlişindən sonra əsasə heyətə düşə bilməyib.
Onun Mançester təmsilçisi ilə müqaviləsi olsa da, rəhbərlik futbolçunun havayı keçidinə razılıq verib. Runinin "Everton”da həftəlik məvacibi 250 min funt-sterlinq olacaq. O, həftəsonu Liverpula köçəcək.
Qeyd edək ki, 2004-cü ildə "Everton”dan "Mançester Yunayted”ə keçən Ueyn Runi "mankunianlar”ın tarixinin ən məhsuldar futbolçusudu. 559 matçda 253 qola imza atan Runi buna qədər 2 il (2002-2004) formasını geyindiyi "Everton”un heyətində 90 görüşdə 25 dəfə fərqlənib.
Fanat.Az