Ueyn Runi 13 il sonra "Everton"da - RƏSMİ

Ueyn Runi 13 il sonra "Everton"da - RƏSMİ

"Mançester Yunayted"dən ayrılan Ueyn Runi "Everton"a dönüb. Fanat.Az xəbər verir ki, bu barədə "Everton" rəsmi açıqlama yayıb.

Tərəflər arasında 2 illik müqavilə imzalanıb. Müqavilənin maliyyə tərəfləri açıqlanmayıb.

"Everton"un baş məşqçisi Ronald Koman bu keçidə görə xoşbəxt olduğunu bildirib: "Runi mənə qazanmaq üçün ehtiyacımız olan istəyi, arzunu göstərdi. O, kubokları necə qazanmağı bilir və 31 yaşı var. Səviyyəsinə şübhəmiz yoxdu. Onun burda olması fantastikadı".

13 il sonra "Everton"a dönən Runi özü isə bunları deyib: “Yenidən bura qayıtmaq çox gözəldi. Yeni komanda yoldaşlarımı görməyi, məşqə çıxmağı və matçda oynamağı səbirsizliklə gözləyirəm. Mən əvvəllər bildirmişdim ki, İPL-də təkcə “Mançester Yunayted” və “Everton”da oynayacağam. Ona görə xoşbəxtəm ki, bu transfer baş tutdu. Mən heç vaxt digər ingilis klubunun şərəfini qorumazdım”.

Qeyd edək ki, Runi 2004-cü ildə "Everton"dan 37 milyon avroya "Mançester Yunayted"ə transfer olunmuşdu. O, 2002-2004-cü illərdə bu klubun heyətində 77 oyuna çıxıb və 17 qol vurub. Mançester təmsilçisinin heyətində Premyer Liqanın (5 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (3), Super Kubokun (4), Çempionlar Liqasının (1), Avropa Liqasının (1) və klublararası dünya çempionatının (1) qalibi olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər