"Uembli"də təhlükəsizlik tədbirləri gücləndirildi - Terror həyəcanı

"Uembli"də təhlükəsizlik tədbirləri gücləndirildi - Terror həyəcanı

Brüsseldə üç isveçli azarkeşin qətlə yetirilməsi fonunda İngiltərəni təşvişə salıb. 

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, bu axşam AÇ-2024-ün seçmə oyununda İtaliyanı qonaq edəcək ingilislər "Uembli" stadionunda təhlükəsizlik tədbirləri gücləndirib.

Bu barədə baş müfəttiş Cerri Parker belə deyib: "Zabitlərimiz irimiqyaslı ictimai asayiş tədbirləri ilə məşğul olmaqda təcrübəlidir. Cinayət və çaxnaşma ehtimalını azaltmaq, baş verə biləcək hər hansı insidentlərə vaxtında reaksiya göstərmək üçün çevik plan hazırlamışıq".

Qeyd edək ki, oktyabrın 16-da AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika - İsveç matçının keçirildiyi Brüsselin Kral Boduen stadionu yaxınlığında İsveç millisinin forması geyinmiş üç azarkeş güllələnib. Birinci hissədən sonra təhlükəsizlik baxımından oyun yarımçıq dayandırılıb.

Yeri gəlmişkən, Belçikada isveçli azarkeşlərin qətlində əli ola biləcək şəxsin zərərsizləşdirildiyi məlum olub. Həbs zamanı sinəsindən yaralanan şübhəli xəstəxanada aldığı yaralardan dünyasını dəyişib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər