UEFA yeni sistemin tətbiqinə gələn həftə başlayacaq

UEFA yeni sistemin tətbiqinə gələn həftə başlayacaq

UEFA-nın himayəsi altında keçirilən beynəlxalq klub turnirlərində 2022/2023 mövsümündə yarımavtomatik ofsayd aşkarlama sistemi rəsmi olaraq fəaliyyətə başlayacaq. 

Fanat.Az xəbər verir ki, yeni sistemin tətbiq olunacağı ilk oyun UEFA Superkuboku uğrunda matç olacaq, gələcəkdə isə bu texnologiya Çempionlar Liqasının qrup mərhələsində istifadə olunacaq.

“UEFA oyunun keyfiyyətini artırmaq və hakimlərə kömək etmək üçün daim yeni texnoloji həllər axtarır. Yarımavtomatik ofsayd aşkarlama sistemi VAR komandalarına oyundankənar vəziyyətləri daha tez və dəqiq müəyyən etməyə imkan verən innovativ texnologiyadır ki, bu da oyunun ritmini, qəbul edilən qərarların ardıcıllığını qorumağa kömək edir. Sistem rəsmi oyunlarda istifadəyə və Çempionlar Liqasının hər bir stadionunda istifadəyə hazırdır”, – UEFA Hakimlər Komitəsinin rəhbəri Roberto Rozetti UEFA-nın rəsmi saytına bu barədə açıqlamasında belə deyib.

Qeyd olunur ki, yeni sistem hər bir oyunçunun bədəninin 29 nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyəcək. Ötən mövsüm Çempionlar Liqasındakı bütün oyunlar, Qadınlar arasında Çempionlar Liqasının pley-off mərhələsi, digər klublardakı yarışların həllediciləri və qadınlar arasında Avro 2022 finalı da daxil olmaqla, 2020-ci ildən bəri ümumilikdə 188 sınaq keçirilib.

Avqustun 10-da baş tutacaq UEFA Superkuboku uğrunda görüşdə İspaniyanın "Real"ı (Çempionlar Liqasının qalibi) və Almaniyanın "Ayntraxt"ı (Avropa Liqasının qalibi) üz-üzə gələcək. Oyun Helsinkidə baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər