UEFA və CONMEBOL oyun çıxardı

UEFA və CONMEBOL oyun çıxardı

Bu gün UEFA və KONMEBOL 2020-ci ilin fevralında əldə edilmiş uğurlu Anlaşma Memorandumuna uyğun olaraq 30 iyun 2028-ci ilə qədər yenilənmiş və genişləndirilmiş Anlaşma Memorandumu imzalayıblar.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilkin razılaşmanın şərtləri qüvvədədir və yenilənmiş Anlaşma Memoranduma Londonda ümumi UEFA/CONMEBOL ofisinin açılması və müxtəlif futbol tədbirlərinin təşkili ilə bağlı xüsusi müddəaları əlavə edilib.

Qeyd olunan tədbirlərdən ilki isə UEFA  AVRO-2020-nin çempionu İtaliya ilə CONMEBOL "Copa America 2021"in qalibi Argentina arasında "Finalissima" adı verilən matç olacaq. 

Görüşün 1 iyun 2022-ci il tarixində Londonda keçirilməsi nəzərdə tutulub.

London ofisi isə 2022-ci ilin əvvəlində açılacaq.

Xatırladaq ki, daha əvvəl həmin oyunun Dieqo Maradonanın xatirəsinə həsr olunacağı planlaşdırılırdı.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər