UEFA Uokerin cəza müddətini uzatdı

UEFA Uokerin cəza müddətini uzatdı

UEFA "Mançester Siti"nin 32 yaşlı futbolçusu Kayl Uokerin diskvalifikasiya müddətini uzadıb.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna müdafiəçinin Almaniyada "Layptsiq"ə 1:2 hesabı ilə uduzduqları görüşdə - Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turuda qırmızı vərəqə alması səbəb olub. Qtə futbol qurumu ingiltərəli futbolçuya verilmiş cəzanın 3 oyunadək artırılmasını uyğun sayıb.

Beləliklə, Uoker Portuqaliya "Sportinq"ə ilə 1/8 final mərhələsinin hər iki görüşünü buraxacaq. Həmçinin "şəhərlilər" 1/4 finala çıxacağı halda, Kayl mərhələnin ilk duelini kənardan izləyəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər