UEFA Ukraynadan qaçqın düşən uşaqlara vəsait ayırdı

UEFA Ukraynadan qaçqın düşən uşaqlara vəsait ayırdı

UEFA müharibənin ciddi fəsadlarından əziyyət çəkən ukraynalı uşaqlara maliyyə yardımı ayırıb.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, vəsaitin ümumi məbləği 1,1 milyon avrodur.

Bu pul Moldovaya sığınan miqrant uşaqlara və Ukraynadakı uşaq xəstəxanalarının dərman və digər tibbi ləvazimatlarla təmin olunmasına sərf ediləcək.

Avropa futbol qurumunun prezidenti Aleksandr Çeferin bildirib ki, müharibədən ən çox uşaqlar əziyyət çəkirlər və onların əsas hüquqlarını, sağlamlıqlarını qorumağa kömək etmək UEFA-nın borcudur: "Avropa futbolunun həmrəyliyi və tərəfdaşlarımızın dəstəyi ilə biz uşaqların daha çox ehtiyac duyduğu yardımların bir hissəsini təmin edə biləcəyik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər