UEFA Türkiyənin "Karabükspor" klubunu cəzalandırıb. Fanat.Az xəbər verir ki, Super Liqa klubu 2016/17 və 2017/18 mövsümlərinin sonunda avrokuboklara vəsiqə qazanacağı halda bu hüquqdan yararlana bilməyəcək.
Buna səbəb klubun "Maliyyə Fair-Pley" qaydalarını pozması olub. Bundan başqa klub aparılan istintaqın 3 min avroluq xərclərini ödəməli olacaq.
Klub rəhbərliyinin İdman Arbitraj Məhkəməsinə müraciət etməsi üçün 10 gün vaxtı var.
Fanat.Az