UEFA Qazaxıstanın "Ordabası” klubuna qarşı tətbiq etdiyi cəzanı ləğv edib.
Fanat.Az xəbər verir ki, Avropa futbol qurumu sözügedən klubun qarşıdakı iki mövsümdə avrokuboklarda iştirakını yasaqlamışdı.
Lakin UEFA-nın Klublara Maliyyə Nəzarət Orqanının son məlumatına görə, "Ordabası” avrokuboklardan kənarlaşdırılmayacaq. Belə ki, Şimkent təmsilçisi 2019-cu ilin dekabrında müəyyən olunmuş maliyyə meyarlarını yerinə yetirdiyi üçün avrokuboklarda iştiraka qoyulan qadağa aradan qaldırılıb.
"Ordabası"ya Bakı "İnter"inin (indiki "Keşlə") sabiq çalışdırıcısı - gürcü Kaxaber Tsxadadze rəhbərlik edir. Komanda ötən mövsüm Premyer Liqanı 3-cü pillədə bitirdiyi üçün Avropa Liqasında iştirak hüququ qazanıb.
Fanat.Az