UEFA testlərin və koronavirusa yoluxanların sayını açıqladı

UEFA testlərin və koronavirusa yoluxanların sayını açıqladı
UEFA koronavirusla bağlı statistikanı açıqlayıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, 2020-ci il avqustun 15-dən 2021-ci il yanvarın 4-dək 12 turnirdə 1 028 oyun üçün 125 000 koronavirus testi gerçəkləşib.
Bunlardan 1 459-nun nəticəsi müsbət çıxıb. Çempionlar Liqası və Avropa Liqasında 62 493 testdən 691-i müsbət olub.
Millətlər Liqasında bu rəqəm 19 583-dürsə, yoluxanların sayı 173-ə bərəbərdir.
Qadınlar arasındakı Avropa çempionatında 9 222 test gerçəkləşib, bunlardan 135-i müsbət çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər