UEFA tələbləri sərtləşdirdi

UEFA tələbləri sərtləşdirdi
2015/16 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya iddiaçılarının məşqçilərinə aid tələblərdə dəyişikliklər baş verəcək. Fanat.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat verib.
UEFA-nın klub yarışlarında iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət etmiş klublar AFFA tərəfindən artıq xəbərdar olunub ki, UEFA və AFFA arasında məşqçilik kursları ilə bağlı imzalanmış bəyannaməyə və “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaları”na əsasən (Maddə 37, 39 və 41) 2015/16 lisenziyalaşdırma mövsümündən etibarən məşqçilərin ixtisasları ilə bağlı tələblər artıb, aşağıdakı cədvələ uyğun olaraq qiymətləndiriləcək:

Vəzifə

2014-15-ci il lisenziyalaşdırma mövsümü (Cari mövsüm)

2015-16-cı il lisenziyalaşdırma mövsümü (Növbəti mövsüm)

Əsas komandanın baş məşqçisi (maddə 37)

UEFA “A” Diplomu

UEFA “Pro” Diplomu

Əsas komandanın baş məşqçisinin köməkçisi (maddə 41)

UEFA “B” Diplomu

UEFA “A” Diplomu

Gənclərin inkişafı proqramının rəhbəri (maddə 38)

UEFA “B” Diplomu

UEFA “A” Diplomu

Gənclər komandalarının məşqçiləri (maddə 39)

Bütün məşqçilər  UEFA “B” Diplomu

Ən azı 1 məşqçi UEFA “A” Diplomu, qalan məşqçilər UEFA “B” Diplomu

Qeyd: Müvafiq mövsümdə tələb olunan kateqoriyalı məşqçi kursunda təhsilini davam etdirməkdə olan məşqçilərin fəaliyyətində məhdudiyyət olmayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər