UEFA tanıdı, FIFA tanımadı

UEFA tanıdı, FIFA tanımadı
Futbol dünyasında son illərdə verilən ən ilginc qərar Avropa ölkəsi haqqında olub. Fanat.az xəbər verir ki, UEFA tərəfindən tanınan və AVRO-2016-nın seçmə mərhələsinə buraxılan Cəbəllütariqə FIFA veto qoyub.
FIFA yaydığı açıqlamada Cəbəllütarıqin qurumun üzvü olması üçün lazım olan tələblərin olmadığı bildirilir. Bu qərarın FIFA əsasnaməsinin 10-cu maddəsinə uyğun olaraq qəbul edildiyi bildirilib və ölkənin Britaniya ilə bağlarına işarə vurulub.
Qeyd edək ki, Cəbəllütariq İspaniyanın etirazlarına rəğmən 2013-cü ilin mayında CAS-ın (İdman Arbitaj Məhkəməsi) qərarı ilə UEFA üzvlüyünə qəbul olunmuşdu. Komanda ilk rəsmi oyununu AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Polşaya qarşı keçirən ölkə yığması 0:7 hesabı ilə yenilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər