UEFA Super Kubokununun oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA Madridin "Real" və "Atletiko" klubları arasında baş tutacaq matçı polşalı hakimlərə tapşırıb.
Qarşılaşmada ədaləti Şimon Marçinyak qoruyacaq. Ona Pavel Sokolniçki və Tomaş Listkeviç yardımçı olacaq. Dördüncü hakim funksiyasını Ovidiu Alin Hateqan yerinə yetirəcək.
Pavel Raskovki və Tomal Misyal isə əlavə köməkçi hakimlər olacaq.
Qeyd edək ki, "Rea" 2017/18 mövsümündə Çempionlar Liqasının, "Atletiko" Avropa Liqasının qalibi olub. Super Kubok oyunu avqustun 15-i Estoniyanın paytaxtı Tallində keçiriləcək.
Fanat.Az