UEFA Super Kuboku: ilk dəfə eyni şəhər təmsilçiləri...

UEFA Super Kuboku: ilk dəfə eyni şəhər təmsilçiləri...
Bu gün UEFA Super Kuboku uğrunda oyun keçiriləcək. Tallində baş tutacaq qarşılaşmada Çempionlar Liqasının son qalibi "Real" Avopa Liqasını qazanmış "Aletiko"nu sınağa çəkəcək.
Fanat.Az xəbər verir ki, UEFA Super Kuboku tarixində ilk dəfə eyni şəhərin klubları qarşı-qarşıya gələcək. 1972-ci ildən keçirilən Super Kubokda 7-ci dəfə eyni ölkənin klubları oynayacaq.
İtaliya klubları "Milan" və "Sampdoriya" 1990, "Parma" və "Milan" 1993, İspaniya klubları "Barselona" və "Sevilya" 2006-2015, "Real" və "Sevilya" isə 2014-2016-cı illərdə Super Kubokda qarşılaşaşıb. 
"Real"ın yeni rekord hədəfləri....
Çempionlar Liqasını ardıcıl 3 dəfə qazanan "Real" eyni uğuru Super Kubokda da davam etdirmək istəyir. Son iki ilin qalibi olan Madrid klubu bunu bacarsa, 1989-1990-ı illərdə kuboka sahib çıxan "Milan"la bölüşdürdüyü rekordu təkbaşına ələ keçirəcək. "Real" həmçinin kuboku 5-ci dəfə qazanaraq "Barselona" və "Milan"a məxsus rekorda ortaq olmaq istəyir. 
"Real" son 4 Super Kubok matçını (2002, 2014, 2016, 2017) qazanıb. "Kral Klubu" 1998 və 2000-ci illərdəki Super Kubok oyunlarında məğlub olub. "Atletiko" isə oynadığı hər iki Super Kubok matçında (2010, 2012) qələbəyə sevinib.
Avropada 10-cu görüş
Madrid klubları UEFA bayrağı altında keçirilən yarışlarda indiyədək 9 dəfə qarşılaşıb. Bu oyunlardan 5-də "Real", 2-də "Atletiko" qələbə qazanıb, 2 görüşdə qalib müəyyənləşməyib. Top fərqində də "Kral Klubu" üstündü - 14:7.
İki klub arasında indiyədək 219 rəsmi matç baş tutub. Madrid derbilərinin 109-da "Real", 55-də "Atletiko" qələbəyə sevinib. Tərəflər 55 görüşdə meydandan "sülh"lə ayrılıb. Top fərqi "Real"ın xeyirinədi - 365:276.
"Real" 23-cü, "Atletiko" 22-ci dəfə ispanlara qarşı
"Real" avrokuboklar tarixində İspaniya klubları ilə 22 dəfə qarşılaşıb. Bunlardan 12-sini qazanan madridlilər 6 dəfə heç-heçə edib və 4 dəfə məğlub olub. Top fərqi - 45:21.
"Atletiko" isə avrokuboklarda İspaniya klublarına qarşı 21 oyun keçirib. Bunlardan 9-da qələbə qazanan komanda 7 dəfə məğlub olub və 5 heç-heçə edib. Top fərqi - 28:24.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər