UEFA Simeonenin ədəbsizliyini necə dəyərləndirəcək?

UEFA Simeonenin ədəbsizliyini necə dəyərləndirəcək?

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone cəzalandırıla bilər.

 

Fanat.Az-ın məlumatına görə, buna səbəb onun Çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus"la ilk oyundakı hərəkətidi.

 

Belə ki, komandasının qolundan sonra argentinalı mütəxəssis tribunalara tərəf nalayiq hərəkətlə diqqət çəkib. Bu addımına görə, UEFA onu cəzalandırıb-cəzalandırmayacağını müzakirə edəcək. Təcrübəli mütəxəssis diskvalifikasiyaya məruz qalsa, bir neçə avrokubok oyununu tribunadan izləməli olacaq.

 

Qeyd edək ki, "Atletiko" ilk oyunda "Yuventus" üzərində 2:0 hesablı qələbə qazanıb. Cavab görüşü martın 12-də baş tutacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər