UEFA Serbiyadakı irqçilik qalmaqalını araşdıracaq

UEFA Serbiyadakı irqçilik qalmaqalını araşdıracaq

UEFA Belqrad "Partizan"ı (Serbiya) və Portuqaliyanın "Santa-Klara" komandaları arasında keçirilən Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında yaşanan xoşagəlməz hadisələrlə bağlı araşdırma aparacaq.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, olayın incələnməsi üçün xüsusi müfəttiş ayrılıb.

Serbiyada baş tutan və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada irqçilik qalmaqalı qeydə alınıb. "Santa-Klara"nın braziliyalı hücumçusu Allano əvəzlənərkən yerli azarkeşlər meymun səsi çıxarıblar. 26 yaşlı forvard isə öz növbəsində dördüncü hakimə müraciət edib. Qaydalara uyğun olaraq referi məlumatlandırıb. Belədə, oyunda ikidəqiqəlik fasilə yaranıb.

Referi "Partizan"ın kapitanı və baş məşqçisi ilə söhbətləşdikdən sonra görüşü davam etdirib.

Qyed edək ki, iki oyunun nəticəsinə əsasən, 3:2 hesablı qələbə qazanan "Partizan" qrup mərhələsinə vəsiqə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər