Uels Futbol Assosiasiyası UEFA-dan AVRO-2024-ün seçmə mərhələsinin təqvimində yalnışlıq olduğu ilə bağlı mesaj aldığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onlara yeni təqvim təqdim olunacaq.
“Təəssüflə bildiririk ki, təqvimlə bağlı problem müşahidə etdik və sizdən göndərilmiş matçların siyahısını nəzərə almamağınızı xahiş edirik. Yeni versiya mümkün qədər tez təqdim olunacaq. Yaranmış narahatlığa görə üzr istəyirik", - deyə Uels Futbol Assosiasiyası öz "Twitter" səhifəsində UEFA-dan sitat gətirir.
Qeyd edək ki, futbol üzrə Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək, turnirdə 24 komanda iştirak edəcək.
Emin