UEFA səfər qolu qaydasını ləğv edir

UEFA səfər qolu qaydasını ləğv edir
UEFA avrokubokların play-off mərhələsində səfərdə vurulan qolun üstünlüyünü ləğv edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Almaniyanın "Kicker" nəşri məlumat yayıb.
Bunun bağlı müzakirələr UEFA İcraiyyə Komitəsinin fevralın 6-da İtaliyanın paytaxtı Romada keçiriləcək növbəti iclasında aparılacaq.
Qeyd edək ki, səfər qolu üstünlüyü 1965-ci ildən sonra qüvvəyə minib və daha sonra bütün avrokubok oyunlarında tətbiq edilib. Eyni zamanda milli federasiyalar daxili rəqabət qaydalarını öz mülahizələri ilə tənzimləyə bilərlər. Bu qaydanı rədd edən ölkələr arasında İngiltərə də var. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər