UEFA Şahruddinin klubunu cəzalandırdı

UEFA Şahruddinin klubunu cəzalandırdı

UEFA Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor"a 1 mövsümlük avrokubok qadağası qoyub.

Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, buna Adana təmsilçisinin 90 gündən çox gecikmiş və ödənməmiş borcları səbəb olub.

Şahruddinin komandası qarşıdakı üç mövsümdə (2024/25, 2025/26 və 2026/27) avrokuboklara vəsiqə qazanacağı təqdirdə, UEFA-nın klub yarışında iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Adana Demirspor"Türkiyə Super Liqasının turnir cədvəlində 44 xalla 11-ci pillədədir.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər