Bu gün UEFA İcraiyyə Şurasının fövqəladə iclası bir neçə mühüm qərarla nəticələnib.
Fanat.Az xəbər verir ki, Sankt-Peterburqun Çempionlar Liqasının finalına ev sahibliyindən məhrum edilməsindən başqa, Rusiya ilə bağlı daha bir neçə qərar verilib.
Qərara alınıb ki, Rusiyayla Ukraynanın klubları və milli komandaları UEFA yarışlarında neytral meydanlarda çıxış etsinlər.
Cari mövsüm üçün bu, yalnız Moskva “Spartak”ının Avropa Liqasının 1/8 final mərhələsinin ev oyununu neytral meydanda keçirməli olması deməkdir. Çünki Rusiyanın avrokuboklarda yalnız bir təmsilçisi qalıb. Ukraynanın isə bütün klubları avrokuboklardan kənarda qalıb.
UEFA Ukraynadakı vəziyyətlə əlaqədar olaraq yeni növbədənkənar iclasların və qərarların mümkünlüyünə diqqət çəkib.
Mirağa