UEFA Rusiya ilə bağlı qərarını dəyişdi

UEFA Rusiya ilə bağlı qərarını dəyişdi

UEFA İcraiyyə Komitəsi 17 yaşadək Rusiya yığmalarının beynəlxalq yarışlarda iştirakına icazə verilməsi ilə bağlı qərarı ləğv edib. 

Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Təşkilatın İcraiyyə Komitəsi əvvəl qəbul etdiyi hökmə yenidən baxıb. Komitə əvvəllər Rusiyanın 17 yaşadək futbolçulardan ibarət gənclərdən ibarət komandalarının UEFA-nın himayəsi altında keçirilən turnirlərə buraxılması barədə qərar qəbul etmişdi. Bundan sonra Avropa ölkələrinin bir sıra futbol federasiyaları Rusiyanın bütün yaş qruplarından ibarət komandaları ilə oyunları boykot etdiyini açıqlayıb.

2022-ci ilin fevralında UEFA və FİFA bütün Rusiya klublarını və milli komandalarını beynəlxalq yarışlardan uzaqlaşdırıb. Bu səbəbdən Rusiya Premyer Liqa klubları avrokuboklarda ikinci mövsümdür iştirak etmir. Rusiya millisi isə bu müddətdə Millətlər Liqasına və AÇ-2024-ün seçmə mərhələsinə buraxılmayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər