UEFA "Rubin”i avrokuboklardan kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Kazan klubu maliyyə şəffaflığına riayət etmədiyi üçün sanksiya ilə üzləşib. Belə ki, Tatarıstan təmsilçisi 2014-cü ildə maliyyə şəffaflığına riayət etməyib.
UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə Məhkəmə Palatasının qəbul etdiyi qərara əsasən "Rubin" növbəti iki mövsümdə Avropa futbol qurumunun bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməyəcək. Reqlamentə əsasən, cəza alan klub sınaq müddətində tam şəkildə maliyyə "fair play” qaydalarına əməl etməlidi. "Rubin” isə 2017/18 mövsümündə öhdəliklərini düzgün yerinə yetirməyib.
Klub UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququna malikdi.
Fanat.Az