UEFA rəsmisi klub nümayəndələri ilə görüşdü

UEFA rəsmisi klub nümayəndələri ilə görüşdü
Bu gün AFFA-nın inzibati binasında UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i şöbəsinin meneceri Sefton Perrinin klub rəsmiləri ilə görüşləri keçirilib. Fanat.az xəbər verir ki, UEFA rəsmisi  "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran", "İnter", "Simurq", AZAL, "Qəbələ" və "Bakı" klublarının nümayəndələri ilə ayrı-ayrılıqda görüşüb.
AFFA-nın Lisenziyalaşdırma qrupunun üzvlərinin iştirakı ilə keçirilmiş görüşdə klubların 2012-ci il üçün maliyyə hesabatları barədə fikir mübadiləsi aparılıb, maliyyə Fair Play-i və klubların gələcək fəaliyyət strategiyası müzakirə olunub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər