UEFA 2012-cü ilin rəmzi komandasını açıqlayıb. Fanat.az xəbər verir ki, 13-cü dəfə qurumun rəsmi saytında keçirilən sorğunun nəticəsi şok effekti yaradıb.
Belə ki, dünyanın ən yaxşı iki futbolçusundan biri hesab olunan "Barselona"nın argentinalı ulduzu Lionel Messi rəmzi komandaya düşməyib. Leo son 5 ildə rəmzi komandada yer almışdı.
"11-liy"də ən çox "Bavariya"nın oyunçusu yer alıb - 4. "Real"dan 3, PSJ-dən 2, "Borussiya" və "Arsenal"dan 1 oyunçu rəmzi komandaya düşüb.
Qapçı: Manuel Neuer (Bavariya, Almaniya).
Müdafiəçilər: Filip Lam, David Alaba (hər ikisi "Bavariya", Almaniya), Serxio Ramos (Real, İspaniya), Tiaqo Silva (PSJ, Fransa).
Yarımmüdafiəçilər: Qaret Beyl (Real, İspaniya), Marko Reus (Borussiya Dortmund, Almaniya), Məsut Özil (Arsenal), Frank Riberi (Bavariya, Almaniya).
Hücumçular: Zlatan İbrahimoviç (PSJ, Fransa), Kriştiano Ronaldo (Real, İspaniya).
Rəmzi komandaya düşən futbolçulardan ən çox səs toplayanı Filip Lam olub. "Bavariya"nın ulduzu 444.252 səs yığıb. Onu Kriştiano Ronaldo izləyib - 420.391 səs. İlk "üçlüyü" 398.843 səslə Frank Riberi izləyib.
1. Filip Lam: 444.252
2. Kriştiano Ronaldo: 420.391
3. Frank Riberi: 398.843
4. Məsut Özil: 389.253
5. Manuel Neuer: 372.148
6. David Alaba: 360.535
7. Tiaqo Silva: 359.349
8. Qaret Beyl: 279.468
9. Serxio Ramos: 273.310
10. Zlatan İbrahimoviç: 256.007
11. Marko Reus: 231.064
Fanat.az