UEFA Region Kuboku: Qazaxıstan təmsilçisindən darmadağın 

UEFA Region Kuboku: Qazaxıstan təmsilçisindən darmadağın 

Bu gün UEFA Region Kubokunun Azərbaycanda təşkil olunmuş ilkin seçmə mərhələsinin 1-ci qrupunda növbəti oyun keçirilib.

Fanat.Az xəbər verir ki, Estoniya təmsilçisi “Tallinna Zapoos” Qazaxıstanın “Kaskelen” komandası ilə qarşılaşıb.

FİFA referisi Elçin Məsiyevin idarə etdiyi görüşdə Qazaxıstan təmsilçisi 5:0 hesabı ilə qalib gəlib. 

İlkin mərhələnin digər qrupunda cəmi iki komanda - Azərbaycan çempionu “Cəbrayıl” və Belarusun “Kolos” komandaları mübarizə aparır. Bu komandaların ilk oyununda “Kolos” 2:1 hesablı qələbəyə sevinib. Cavab görüşü sabah keçiriləcək.

UEFA Region Kuboku İlkin mərhələ, 1-ci qrup

25 iyun

Tallinna Zapoos – Kaskelen 0:5 Baş hakim: Elçin Məsiyev (Azərbaycan) Baş hakimin köməkçiləri: Elşad Abdullayev (Azərbaycan), David Gabrovec (Sloveniya) Dördüncü hakim: David Smayc (Sloveniya) ASK Arena. Saat 16:00.

Qeyd edək ki, Azərbaycanda təşkil olunmuş ilkin mərhələnin qalibi iyunun 29-da Şamaxıda baş tutacaq final matçında müəyyənləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər