UEFA Region Kuboku: Finalçılar müəyyənləşdi

UEFA Region Kuboku: Finalçılar müəyyənləşdi

UEFA Region Kubokunun Azərbaycanda təşkil olunmuş ilkin seçmə mərhələsinin 1-ci qrupunda növbəti oyun keçirilib.

Fanat.Az xəbər verir ki, Gürcüstan təmsilçisi “Basiani” Qazaxıstanın “Kaskelen” komandası ilə qarşılaşıb.

Qazaxıstanlılar rəqibini minimal hesabla üstələyib - 2:1. 

Bu nəticədən sonra "Kaskelen" qrup liderliyini təmin edib.

Beləliklə, Region Kubokunun ilkin seçmə mərhələsinin finalçıları müəyyənləşib. Həlledici görüşdə "Kaskelen"lə Belarusun "Kolos" komandası üz-üzə gələcək. Final görüşü sabah saat 16:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.

Qeyd edək ki, ölkəmizi bu yarışda təmsil edən "Cəbrayıl" "Kolos"a hər iki görüşdə uduzaraq (1:2, 2:6) mübarizəni dayandırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər