UEFA "Real"la "Barsa"nı məyus etdi

UEFA "Real"la "Barsa"nı məyus etdi

UEFA Çempionlar Liqasının 1/4 və 1/2 final oyunlarının vaxtının dəyişdirilməsi ilə bağlı qərarını açıqlayıb. Fanat.Az xəbər verir ki, Avropa futbol təşkilatı oyunların şənbə və bazar günlərinə salınması təklifini rədd edib.

 

“Real”, “Barselona” və “Yuventus” Amerika və Asiya qitələrində yayımlardan daha çox gəlir götürmək istədikləri üçün 1/4 final və yarımfinal görüşlərinin həftəsonuna keçirilməsiylə bağlı quruma müraciət ünvanlamışdı. İdeya dəstəklənəcəyi halda, yenilik 2020/21 mövsümünə şamil ediləcəkdi. Lakin UEFA hər şeyin əvvəlki düzəndə saxlanılmasını - bütün matçların çərçənbə axşamı və çərşənbə, finalın şənbə günlərində oynanılmasını uyğun sayıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər