Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.az хəbər verir ki, UEFA aprelin 16-da keçiriləcək matçları holland, sloveniyalı, polşalı və ispan ədalət təmsilçilərinə tapşırıb.
"Sevilya" - "Zenit" oyununu holland Bas Niyuis idarə edəcək. "Qarabağ"ın qrup mərhələsində rəqibi olmuş "Dnepr"in "Beştiktaş"ı mübarizədən kənarlaşdıran "Brügge" ilə oyunu sloveniyalı Damir Skominaya tapşırılıb.
Kiyev "Dinamo" ilə "Fiorentina" arasındakı matçda polşalı Simon Marçiniak fit çalacaq. "Volfsburq" - "Napoli" matçında isə ispan Antonio Mateu Lahoz ədaləti qoruyacaq.
Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları aprelin 23-də baş tutacaq.
Avropa Liqası
1/4 final
İlk oyunlar
16 aprel
00.05 Sevilya (İspaniya) - Zenit (Rusiya)
Hakimlər: Bas Niyuis, Rob van de VenÇarles Şkaap, Bas van Dongen (Hollandiya).
Əlavə köməkçi hakimlər: Kevin Blom, Peter Yanssen (Hollandiya).
Sevilya. Ramon Sançes stadionu.
00.05 Bregge (Belçika) - Dnepr (Ukrayna)
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Andras Kovaciç (Sloveniya).
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinciç (Sloveniya).
Brügge. Jan Breydel stadionu.
00.05 Dinamo (Ukrayna) - Fiorentina (İtaliya)
Hakimlər: Simon Marçiniak, Pavel Sokolniçki, Tomaş Listkieviç, Radoslav Sieyka (Polşa).
Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Tomaş Musial (Polşa).
Kiyev. Olimpiya stadionu.
00.05 Volfsburq (Almaniya) - Napoli (İtaliya)
Hakimlər: Antonio Mateu Lahoz, Pau Kebrian Devis, Roberto del Palomar, Teodoro Sobrino (İspaniya).
Əlavə köməkçi hakimlər: Xavyer Estrada, Alexandro Hernandes (İspaniya).
Volfsburq. "Volksvagen Arena".
Fanat.az