UEFA "Cəsur ürək"ə acımadı - FOTO

UEFA "Cəsur ürək"ə acımadı - FOTO
UEFA "Seltik"i cəzalandırıb. Fanat.az xəbər verir ki, buna səbəb azarkeşlərin açdığı pankart olub.
"Seltik" fanatları "Milan"la Çempionlar Liqası matçında Şotlandiyanın azadlıq mübarizəsinin qəhrəmanlarından olan Uilyam Volos və IRA üzvü Bobbi Sandsın rəsimlərinin yer aldığı pankart açmışdı. Siyasi, dini, ideoloji və irqi təbliğatın əleyhinə olan UEFA şotland klubunu buna görə 50 min avro cərimə edib. 
Qeyd edək ki, Uilyam Volos bütün dünyada məşhur qəhrəmanlardan biridi. Onun məşhurlaşmasında baş rolunu Mel Gibsonun oynadığı "Brave Heart" (Cəsur Ürək) filminin böyük rolu olub. Film hələ də dünyanın ən çox izlənilən sənət əsərlərindən biridi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər