UEFA "AVRO-2016" qərarını açıqladı

UEFA "AVRO-2016" qərarını açıqladı
UEFA "AVRO-2016" ilə bağlı qərarını açıqlayıb. Fanat.az хəbər verir ki, Avropa futbol qurumu Parisdəki terror hücumlarından sonra qitə çempionatının Fransada keçirilməyəcəyi ilə bağlı yayılan хəbərlərə aydınlıq gətirib.
UEFA-nın rəsmi saytı vasitəsi ilə yaydığı açıqlamada bildirilir ki, futbol qurumu yarışın Təşkilat Komitəsi və Fransa hökuməti ilə "AVRO-2016"nın problemsiz şəkildə keçirilməsi üçün danışıqlar aparır.
UEFA qeyd edib ki, çempionat planlaşdırıldığı tariхdə planlaşdırılan şəhərlərdə təşkil olunacaq və proqramda heç bir dəyişiklik edilməyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər