UEFA AÇ 2020-də 5 əvəzləməyə icazə verdi

UEFA AÇ 2020-də 5  əvəzləməyə icazə verdi
Bu il keçiriləcək futbol üzrə Avropa çempionatında 5 əvəzetməyə icazə veriləcək.
 
Fanat.Az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi (İK) qərar çıxarıb.
 
Eyni zamanda 2021-ci ildə Millətlər Liqasının pley-off mərhələlərində və final mərhələsində də eyni sayda əvəzetmə tətbiq olunacaq.
 
UEFA İK 2024-cü ildən sonra avrokubokların formatı ilə bağlı qərarını aprelin 17-də açıqlayacaq.
 
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
 
Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyunu təşkil olunacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər